Azərbaycanda yeni istirahət mərkəzi – QİYMƏTLƏR, ŞƏRAİT - FOTOLAR

Azərbaycanda yeni istirahət mərkəzi – QİYMƏTLƏR, ŞƏRAİT - FOTOLAR
Xəbərlər 18 Fevral 2018 15:14 7356
Azərbaycanda yeni istirahət mərkəzi – QİYMƏTLƏR, ŞƏRAİT - FOTOLAR

Azərbaycanın ən gözəl guşalərindən və turistlərin sevimli istirahət məkanlarından olan Şəkidə yeni istirahət mərkəzi qapılarını qonaqların üçüzə açıb. Mərkəzdən seyyah.az turizm və istirahət portalına verilən məlumata görə, «Küngüt İstirahət Mərkəzi» qonaqlarına gündəlik təlaşdan uzaqlaşaraq istirahət etmələri üçün ideal şərait yaratmışdır.

 

Şəkinin ən gözəl bölgələrindən birində yerləşən Küngüt İstirahət Mərkəzi mükəmməl xidmətin nümunəsidir. İllərdir, həmvətənlərimizin və əcnəbi turistlərin sevimli məkanına çevrilmiş Küngüt bu mövsümdə, daha dəqiq desək, mart ayından etibarən tam yeni heyətlə qonaqların xidmətində olacaq.

 

Otelin olduqca əlverişli coğrafi mövqeyi var – «Küngüt İstirahət Mərkəzi» Şəkinin şimal-şərqində, şəhər mərkəzindən 24 km, Şəki-Oğuz-Bakı magistralından 6 km məsafədə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Otel həmçinin Qəbələ Beynəlxalq aeroportundan cəmi 78 km uzaqlıqdadır (maksimum 1 saat). Yeri gəlmişkən, otel aeroportdan və əks istiqamətdə transfer xidmətləri də təklif edir.  

 

Küngüt İstirahət Mərkəzi mükəmməl istirahət üçün gərəkli olan hər şeyə malikdir: müasir infrastruktur, məftunedici dağ mənzərəsinə malik rahat otaqlar, ləziz yeməklər. Buranı seçməklə siz yaddaşınızdan heç zaman silinməyəcək istirahətin dadını çıxara bilərsiniz. Hətta oteldə uzunmüddətli istirahət üçün bütün şərtlər nəzər alınmışdır. Oteli əhatə edən sehrli mənzərəyə heç bir qonaq laqeyd qala bilməyəcək.

 

Təkrarsız peyzaj, zəngin mədəniyyət və fərqli tarixi məkanlar hər ay buraya böyük turist axınını cəlb edir. Bundan əlavə, Şəkinin coğrafi mövqeyi və iqlimi atla gəzinti üçün idealdır. Odur ki, dünyaca məşhur Azərbaycan atlarında gəzmək şansını əldən verməyin. Həmçinin, balıqtutma həvəskarısınızsa, otel yaxınlığında yerləşən balıqçılıq təsərrüfatlarına ekskursiya imkanlarından yararlana bilərsiniz.

 

“Küngüt”də  qonaqlara hər zaman şaddırlar. Qonağın zamanını maksimum dərəcədə rahat, təmiz havada, gözəl mənzərənin müşayiəti ilə qayğısız keçirməsi üçün əllərindən gələni etməyə hazırdırlar.  

 

“Küngüt”də qiymətlər də sərfəlidir. İki nəfərlik otaqlar günü 59 manatdan başlayır, mövsümdən asılı olaraq isə qiymətlər dəyişir. Qiymətə səhər yeməyi daxildir. Əlavə ödənişlə otağa əlavə çarpayı yerləşdirmək də mümkündür.

Otelin imkanları.

 

  • Restoran

ü Billiard

ü Açıq hovuz

ü At gəzintiləri

ü Balıq ovu

ü Transfer

ü Şəhər turu

ü Çamaşırxana xidmətləri

ü Otaq xidmətləri

ü Pulsuz dayanacaq

ü Pulsuz WiFi

ü Terras

ü Yuxudan oyandırma xidməti

ü İstilik sistemləri

ü Turlar və ekskursiyalar

ü Belboy yükdaşıma xidməti

ü Taxi xidməti

ü Siqaret çəkilən ərazi

ü Piyada gəzintiəri

ü Meşə, çay

  • Uşaq əyləncə meydançası

 

Ünvan, Sheki Rayonu Bash Kungut kəndi,

Tel: 055 325 36 33

www. kungut.az,

Email: admin@kungut.az

OXŞAR XƏBƏRLƏR