"Four Seasons Hotel Baku" oteli "PRIX VILLEGIATURE AWARDS 2014" –də “Avropa otelləri arasında ən yaxşı çiçək dizaynı” nominasıyasında qalib gəlib. Oteldən seyyah.az-a verilən məlumata görə, "Four Seasons Hotel Baku-nun ən gözəl üstünlüklərindən biri mövsümdən asılı olmayaraq, otelin al-əlvan və ürəyə yatan çiçək kompozisiyaları ilə bəzədilməsidir.
Məhz bu səbəbdən Four Seasons Hotel Baku-ya daxil olan kimi, sizi valehedici çiçək kompozisiyaları qarşılayır. Bu kompozisiyalar xüsusi və rahat ab-hava yaradaraq müsafirləri sanki çiçək nağılındakı kimi hiss etdirir.
Bütün bu gözəllik və cazibə Otelin qonaqları üçün yaradılıb və oktyabr ayının 13-ü Parisdə dünyanın fərqli ölkələrinədn dəvət edilən 23 jurnalist “PRIX VILLEGIATURE AWARDS 2014” mükafatlandırma mərasimində “Avropa otelləri arasında Ən yaxşı çiçək dizaynı” nominasıyasında məhz Four Seasons Hotel Baku-nu qalib seçdi.
Bütün bu gözəlliklər otelin floristi Bayram Nəsrullayev tərəfində hazırlanır.
Bayram 23 Sentyabr 1990 ci ildə professor ailəsində anadan olub. Ərkən yaşlarından dizaynın metodikası və texniki tərərfləri ilə maraqlanıb. Məktəbi bitirdikdə sonra Turizm və Otelçilik üzrə bakalavr dərəcəsi alıb və 2011-ci iləd Four Seasons Hotel Baku-da işə başlayıb. Həmçinin, Bayram öz biliklərini Four Seasons George V (Paris) –in Artistik Direktoru JEFF LEATHAM (Ceff Letham) və Four Seasons George V (Paris)- in floristi Delphine Graness (Delfine Granes ) tərəfindən treninqlər alaraq daha da artırıb. Biz çox şadıq ki, bütün bu əsrarəngiz gözəllikləri yaradan Bayram Nəsrullayev Four Seasons Hotel Baku komandasının bir üzvüdür.