Trabzonun gəzməli və görməli yerləri – ŞƏXSİ TƏCRÜBƏ

Trabzonun gəzməli və görməli yerləri – ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 19 Fevral 2018 09:37 3865
Trabzonun gəzməli və görməli yerləri – ŞƏXSİ TƏCRÜBƏ

Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.

 

Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.

 

Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Facebook istifadəçisi Suliddin Bağırovun səfər təəssüratını təqdim edir:

 

“Adətən Trabzon və ətrafı azərbaycanlı turistlərin Türkiyədə ən çox üz tutduğu bölgələrdəndir. Bunun da əsas səbəbi Trabzonun Türkiyə-Gürcüstan sərhədindən 2 saatlıq məsafədə yerləşməsidir. Trabzona quru yolu ilə getməyin bir-neçə yolu var: 1) Şəxsi avtomobilinizlə Batumidən 15 km məsafədəki "Sarpi" keçid məntəqəsindən keçmək (öncədən avtomobilinizin sığortalanması qaydaları ilə tanış olun); 2) Batumidən Trabzona böyük avtobuslar və minivenlər gedir. Gediş haqqı 20-25 lari arasında dəyişir. 3) Sarpiyə gedən marşrutlar Batumi Baş Kilsəsinin yaxınlığından hərəkət edir. Gediş haqqı 1 laridir. Sərhəddə adətən çox insan olur, səbrli olun :)

Trabzona gedən yol Qara dəniz boyunca uzanır. Yolüstü Artvin və Rizənin həm dəniz sahilini, həm də dağlıq ərazisini görmək şansınız olacaq. Trabzon özü isə çox sakit və rahat şəhərdir. Şəhərdə görüləsi yerlərin çoxu Ortahisar rayonundadır. Ayasofya və Atatürk muzeyi isə mərkəzdən bir az aralıdır. Amma Trabzon heç də mərkəzlə limitlənmir. Müxtəlif turlara qoşula bilərsiniz. Məsələn Gümüşxana vilayətindəki "Karaca" mağarası, "Cəhənnəm" dağları, Maçka rayonundakı "Sümela" monastırı və sütlacı ilə məşhur Hamsiköyə getmək üçün turun qiyməti 60 lirədir. Bir çox hallarda yemək xərclərini özünüz qarşılamalı olursunuz. Səyahət maraqlı keçir və yenə dəniz və dağlar sizi müşaiyət edir ...

Əgər yayda yox, başqa mövsümdə getmək istəyirsinizsə, aprelin sonu-mayın əvvəli dövrünü nəzərdə saxlayın. Bəyənəcəksiniz.”

OXŞAR XƏBƏRLƏR