Qarşıdan gələn yay mövsümündə Türkiyəyə turlar bahalaşa bilər.
Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, bu barədə Rosturizmin rəhbəri Oleq Safonov Soçidəki form zamanı bildirib. O yerli mediaya müsahibə verərkən bildirib ki, onlarda olan məlumata görə, Türkiyə otelləri yeni mövsümdə qiymətləri bahalaşdıracaqlar. Məlumat üçün bildirək ki, bir müddət öncə rusiya turoperatorları Türkiyə otellərinin qiymətləri 15% bahalaşdıracaqlarını bildirmişdilər.