Gürcüstanın Qaradəniz sahili regionu Acarıstan muxtar respublikasında 2018-2019-cu illərdə 10 yeni mehmanxana açılacaqdır.
Səyyah.az turizm portalı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu dövrdə Courtyard by Marriott, Babylon Tower, Swissotel, Le Meridien, Interstate Hotels and Resorts, Pulmann Hotels & Resort, Wellness Resort & Spa on Mtsvane Kontskh, Ramada Resorts, Metro Sky Tower, Twin Tower istifadəyə veriləcəkdir.
Otellərin istifadəyə verilməsi nəticəsində Acarıstanda mehmanxana nömrələrinin sayı 2039 ədəd artacaq.
2017-cu ildə regionlara 4 yeni hotel açılmışdır: Wyndham Batumi, Sky Tower Hotel Batumi, Hotel Irepalace Batumi və Best WESTERN Plus Batumi. Yeni otellər ilə nömrələrin sayı 342 ədəd artıb.
Acarıstan yeni mehmanxanaların sayına görə ölkədə qeyd-şərtsiz liderdir.
Acarıstanda çarpayıların sayı 12 126-dır. Bu ölkədəki çarpayıların 18, 3%-dir.@"Marja"