Həştərxana uçuşların sayını artırılıb

Noyabrın 1-dən uçuşlar həftənin şənbə və bazar günləri yerinə yetiriləcək
Xəbərlər 17 Oktyabr 2014 00:00 1102
Həştərxana uçuşların sayını artırılıb

Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Həştərxan-Bakı istiqamətindəki müntəzəm uçuşlarının sayını artırır.

 

AZAL-dan Seyyah.az-a verilən məlumata görə, noyabrın 1-dən uçuşlar həftənin şənbə və bazar günləri, yəni iki dəfə yerinə yetiriləcək.

 

Belə ki, həftənin şənbə günü təyyarə Bakıdan saat 19:00-dan uçacaq və 19:20-də Həştərxanda enəcək. Həftənin bazar günü isə Həştərxandan uçuş saat 03:15-də (+1) yerinə yetiriləcək və təyyarə saat 05:35-də (+1) Bakıya enəcək.

OXŞAR XƏBƏRLƏR