Ötən il turistlərin ən çox səyahət etdiyi qitə açıqlandı

Ötən il turistlərin ən çox səyahət etdiyi qitə açıqlandı
Xəbərlər 21 Fevral 2018 10:57 474
Ötən il turistlərin ən çox səyahət etdiyi qitə açıqlandı

 

Birləşmiş Millətlər Təşkilatı Dünya Turizm Təşkilatının hesabatına əsasən, 2017-ci ildə dünyada turistlərin sayı 6,7 faiz artaraq 322 milyon nəfər təşkil edib. 

 Səyyah.az turizm portalı xəbər verir ki, bu 2010-cu ildən indiyədək ən yüksək rəqəm olub. Hesabatda bildirilir ki, turistlərin sayında artım Avropa və Afrika üzrə səkkiz, Asiya və Sakit Okean ölkələri üzrə altı, Yaxın Şərq üzrə beş, ABŞ üzrə üç faiz təşkil edib. Beləliklə, Avropa qitəsini 671 milyon turist, Asiya və Sakit Okean ölkələrini 324 milyon turist, ABŞ-ı 207 milyon turist, Afrikanı 62 milyon turist, Yaxın Şərqi 58 milyon nəfər turist ziyarət edib.  Təşkilat beynəlxalq səyahətlərin bu il 4-5 faiz arasında artacağını proqnozlaşdırır.  @fins

OXŞAR XƏBƏRLƏR