Bakı-Əbu-Dabi-Bakı reysi açılır - 372 AZN + limuzin transfer

Bakı-Əbu-Dabi-Bakı reysi açılır - 372 AZN + limuzin transfer
Xəbərlər 21 Fevral 2018 14:44 512
Bakı-Əbu-Dabi-Bakı reysi açılır - 372 AZN + limuzin transfer

Dünyaca məşhur aviaşirkətlərindən olan Etihad Airways aviakompaniyası Bakıdan uçuşlar həyata keçirməyə başlayacaq. Azərbaycan turizminə böyük töhfə verən “Etihad Airways” şirkəti ilk növbədə yeni - Bakı- Əbu-Dabi - Bakı reysini açır. 

“Etihad Airways-ın nümayəndəsi  bildirib ki, həftənin çərşənbə, cümə və şənbə günləri həyata keçiriləcək reysin ilk uçuşu martın ikisində olacaq. 

Ekonom klass sərnişinləri üçün aeroportdan Dubaya transfer nəzərdə tutulur. Biznes klass sərnişinlərinin ixtiyarına isə son model Mercedes markalı limuzin veriləcək. Bu avtomobil sərnişini aeroportdan Əbu-Dabinin və ya Dubayın istənilən nöqtəsinə apara bilər. 

Yüksək keyfiyyətli xidmətin qarşılığında fantastik qiymət gözləyən oxucuları xoş mənada yanıldacağıq. Biletin qiyməti cəmi 372 manatdır.@baku.ws

OXŞAR XƏBƏRLƏR