Şimali Koreya ilə bağlı deyilən miflər – ŞƏXSİ TƏCRÜBƏ

Şimali Koreya ilə bağlı deyilən miflər – ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 21 Fevral 2018 15:51 703
Şimali Koreya ilə bağlı deyilən miflər – ŞƏXSİ TƏCRÜBƏ


Bu bölməmizdə səyahətçilərin başına gələn maraqlı əhvalatları, səfər təcrübələrini yayımlayırıq.
Səfər təəssüratı barədə yazılanları təhrif etməmək üçün yazılara redaktə və heç bir əlavə olunmur.
Səyyah.az Turizm və İstirahət saytı bu dəfə Bəxtiyar Hacıyevin səfər təəssüratını təqdim edir:

 

“Dünyanın ən qapalı, sirli ölkəsi Şimali Koreyaya missiyasını uğurla başa çatdırıb, ölkəni tərk etdi. Rəhmətlik əbədiyyətə qovuşandan sonra heç onun Gül Bayramına gedə bilməmişdim, bu il birtəhər vaxt edib, borcumdan çıxdım.

 

Qısaca onu deyə bilərəm ki, ölkə haqqında nə qədər mənfi danışılsa da, insanlarını sevdim, qadağalar, təhlükələrlə bağlı deyilənlərin çoxu boş şey imiş, dünyada ən asan pasport yoxlaması və hava limanında təhlükəsizlik yoxlaması yaşadım - cəmi 3-4 dəqiqəyə hava limanında qeydiyyatdan keçdik (asan havalimanı).

 

Şimali Koreyadan 1000-dən çox foto, bir neçə saatlıq video, 360 dərəcə fotolar və videolar çəkmişəm, istəyirəm bir neçə geniş yazı hazırlayıb, paylaşım. (Əgər sizə də maraqlı olacaqsa). Məsələn, #dünyanınən sərt qorunan və ən təhlükəli sərhədi DMZ-dən foto/videolar, Stalin, Putin kimi şəxslərlə yanaşı hansı azərbaycanlıların Kim sülaləsinə hədiyyələr göndərməsi və o hədiyyələrin nələrdən ibarət olması, harada saxlanması ilə bağlı məlumatlar. Yaxud, Pxenyan ilə ətraf şəhər və kəndlərin fərqləri, ölkədə ideologiyaya, ABŞ-a, Cənubi Koreyaya münasibət, gül bayramları, kütləvi rəqslər, paradlar, müasir standartlara cavab verən və analoqu olmayan otellər, kəndlər, yollar barədə, yaxud Şimali Koreya barədə beynəlxalq mətbuatda yazılanlardan nələrin doğru, nələrin mif, qərb propaqandası olması və s. haqqında geniş oxumaq istəyirsinizsə, vaxt tapdıqca yazım..."

 

OXŞAR XƏBƏRLƏR