Macarıstanın “WizzAir” aviaşirkəti qış mövsümündə Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareyslər həyata keçirməyəcək. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, aviaşirkət Bakıya uçuşları gələn il bərpa edəcək.
M.Səfərli deyib ki, şirkət bu marşrut üzrə uçuşları martın 29-dan bərpa edəcək və oktyabrın 24-dək həyata keçirəcək".
Trend