Rusiyaya gələn müsəlman turistlərin sayındakı artım olması “Halal turizm” ilə bağlı layihələr həyata keçirilməsinə səbəb olub.
Səyyah.az turizm portalı xəbər verir ki, Rusiya Federal Turizm Agentliyinin sədri Oleq Safonov məsələ ilə bağlı məlumat verib. O, turizm sektorunun nümayəndələri ilə birlikdə müsəlman turistlərin Rusiyaya olan sıx marağını nəzərə alaraq, “Rus qonaqpərvərliyi” adı ilə “Halal Friendly” (Halal Dost) layihəsi üzərində çalışdıqlarını söyləyib. Halal sertifikatlara sahib olan otellər, restoranlar, restoranların qatıldığı bu layihədə ayrıca tərcümə və rəhbərlik xidmətlərini verən mütəxəssislərin təhsilinə böyük əhəmiyyət verilir.