Çinin Xenyan şəhərindəki bir restoranda ləng qulluq edən və qonaqlardan bir qədər səbirli olmasını xahiş edən ofisiant sonuncular tərəfindən döyülüb.
Səyyah.az “Musavat”a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata əsasən, öncə qonaqlardan biri ofisiantın üzünə zərbə vurub. Daha sonra onunla gələn qadın ofisiant qadının saçlarından tutub və başına zərbələr endirib. Həmin iki nəfər qadını döyən vaxt digər qonaqlar da ona stolun üstündəki qab-qacağı atıblar.
Ofisiant ciddi zədə almayıb. Baş vermiş bu hücumu polis araşdırır. Restoran sahiblərinin bildirdiyinə görə, hüquq-mühafizə orqanları xuliqanlardan birini artıq yaxalayıb.