Omandan Azərbaycana birbaşa aviareys açılacaq

Omandan Azərbaycana birbaşa aviareys açılacaq
Xəbərlər 5 Mart 2018 11:24 491
Omandan Azərbaycana birbaşa aviareys açılacaq

 

Bu il Omanın “SalamAir” aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. 

Səyyah.az turizm portalı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş İcraçı direktoru (CEO) Kəpt Məhəmməd Əhməd (Capt Mohammad Ahmed) məlumat verib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi9 şirkəti Azərbaycan paytaxtı ilə yanaşı, Tehran (İran), Tbilisi (Gürcüstan), Dəkkə (Banqladeş) və Katmandu (Nepal) istiqamətlərində də birbaşa aviareyslər yerinə yetirmək niyyətindədir. @fed.az

OXŞAR XƏBƏRLƏR