Dubaya gedənlər qorxmasinlar - maraqli yenilik var

Dubaya gedənlər qorxmasinlar - maraqli yenilik var
Xəbərlər 6 Mart 2018 10:01 600
Dubaya gedənlər qorxmasinlar - maraqli yenilik var

Yaxın vaxtlarda Dubay hava limanında şübhəli insanlara nəzarət edən və onların davranışı barədə məlumat vermək qabiliyyətinə malik robot əlçatan olacaq.
 
 Səyyah.az turizm portalı ICTnews-a istinadən bildirir ki, artıq Dubay gömrüyü tərəfindən sınaqdan keçirilmiş ilk belə robot gələnlər sektorunda işləməyə başlayacaq.
 
"Bu android hava limanında pilot mərhələdən keçib" - Dubay gömrüyündə İnnovasiyalar mərkəzinin mütəxəssisi Xalid əl-Zəruni məlumat verib.
 
Onun sözlərinə görə, sözügedən robot insan sifətini tanıya biləcək, həmçinin rentgen skanetmə və istilik görmə qabiliyyətinə malik olacaq. İstənilən şübhəli davranış haqda informasiyanı toplayan robot onu xüsusi mərkəzə ötürəcək.

OXŞAR XƏBƏRLƏR