Prezident Həsən Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanacaq. Bunu hazırda Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib.
Ə.Əlilu bildirib ki, aviareysin açılması Azərbaycan və İranın şimal-şərq əyalətləri, o cümlədən Xorasan Rəzəvi əyaləti arasında qarşılıqlı ticarət əlaqələrinin qurulmasına imkan yaradacaq.
Qeyd edək ki, bundan öncə İranın Azərabycandakı səfiri Möhsün Pakayin demişdi ki, Bakı-Məşhəd aviareysinin açılması üçün “Azərbaycan Hava Yolları” QSC və “İran Air” şirkətləri arasında müzakirələr aparılıb.
Trend