Tək başına səyahət planlayan qadınlara - MƏSLƏHƏTLƏR

Tək başına səyahət planlayan qadınlara - MƏSLƏHƏTLƏR
Xəbərlər 8 Mart 2018 21:09 906
Tək başına səyahət planlayan qadınlara - MƏSLƏHƏTLƏR

Hər bir qadın heç olmasa həyatında 1 dəfə belə olsa tək başına bir səyahətə çıxmalıdı. Tək başına edəcəyi səyahət qadına özünü yenidən kəşf etmə imkanı verir. Özünə olan güvəni artır. Potensialinin fərqinə varır. Problemləri tək başına həll etməyi bacardıqca cəsarəti daha da artır. Təəssüflər olsun ki , hələ də dünya,  bir qadının tək başına səyahət etməsi üçün tam olaraq təhlükəsiz  bir yer olmağı bacarmayıb. Bu səbəbdən , tək başına səyahətə çıxmamışdan öncə bəzi məsələləri araşdırdıqdan sonra , daha güvənli şəkildə yola çıxmaq məsləhətdi.

Əgər bu sizin ilk dəfə tək başına çıxacağınız səyahətdirsə çalışın daha güvənli və təhlükəsiz bir ölkə seçəsiniz. Daha sonra gedəcəyiniz şəhəri yaxşıcana araşdırın.

Xarici və yerli bloggerlərin təcrübələrini oxuyun, beyninizdə qaranlıq qalan bir şeylər olsa mütləq şəkildə bir mail yazib köməklik istəyin. Qalacağınız yeri güvənli saytlardan və ya şirkətlərdən rezerv edin . Çalışın qalacağınız məkan mərkəz və ya mərkəzə yaxın  yerləşsin.  Biletinizi almamışdan öncə mütləq şəkildə son ünvana çatacağınız saata diqqət edin. Hər zaman üçün gece gündüzdən daha təhlükəlidi, həm də bahalı. Gecə saat 4də 5də ictimai nəqliyyat tapa bilməyəcəyinizə görə məcbur taksidən istifadə etməli olacaqsınız. Bu da artıq rast geldiyiniz taksistin insafına qalmış bir durumdu , son ünvana, şəhəri neçə dəfə  firlandıqdan sonra çatacağınız.

 

Əsas məsələ səyahət boyunca  güvəndiyiniz bir nəfərə , mütləq şəkildə qalacağınız məkanların  adını, ünvanını, nömrəsini  verməyi unutmayın.  Həyatdı da,  birdən bir problem gələr başınıza ən azınnan sizi harda axtaracağını bilən biriləri olsun.

Ehtiyacınız olandan daha artıq nəğd pul üstünüzdə daşımayın. Kredi kartlarınızı  və nəğd olan pulunuzun hamısını bir yerdə saxlamayın. İtirsəniz və ya oğurlasalar heç olmasa tam pulsuz qalmayın.

Hər ehtimal pasportunuzun və ,əgər getdiyiniz  ölkə viza tələb edirsə ,   o zaman vizanın da kopyasını çıxarıb özünüzdə saxlayın. Pasport itsə və ya oğurlansa heç olmasa əlinizdə şəxsiyyətinizi təstiq edən hər hansı bir sənəd olsun . Bu halda sizə daha sürətli köməklik edə biləcəklər.

Özünüzü Charlie-nin mələkləri kimi aparmayın… Axşamları  gec saatlarda, kimsəsiz və sakit küçələrdə başınıza macəra axtarmayın.  

Axtardığınız ünvanları mütləq  güvənli birilərindən soruşun.  Bu polis ola bilər, hər hansı bir məkanın mühafizəçisi ola bilər, yol kənarındakı dükanın satıcısı ola bilər və ya restoranda işləyən bir ofisiant ola bilər .  Mən də bilirəm ən yaxşısı google mapdi , ancaq internet imkanları hər yerdə olmaya bilər. Telefonumuzun zaryatkası bitmiş ola bilər. Bu hallarda mütləq şəkildə yalnız sizə güvən verən insanların köməyindən istifadə edin.

Tez tez ananıza mesaj yazmağı unutmayın . Şəkil və  video da göndərin. Sizin necə rahat gəzdiyinizi görsün və daha az narahat olsun ))

Hələ də tək başına səyahət etməkdən qorxursunuzsa o zaman Elizabeth Gilbertin yazdiği  “Ye Dua et Sev” kitabını oxuyun. Kitab oxumağı sevmirsinizsə kinosuna baxin ))

OXŞAR XƏBƏRLƏR