Noyabrın 15-də Bakıda I Mövsüm Səyahət Yarmarkası keçiriləcək. Mədəniyyət və Nazirliyindən seyyah.az-a verilən məlumata görə, sərgidə respublikada fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə qonaqlara təqdim olunacaq.
Sərgi noyabrın 15-də saat: 12:00-dan 20:00-dək “Park Bulvar” alış-veriş mərkəzinin birinci mərtəbəsində təşkil ediləcək. Sərgi Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.