Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib.
Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmiryolunun xidmətindən istifadəyə üstünlük verirlər. Səyyah.az turizm portalı xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin ediləcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Sevinc Qədirova bildirib ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. @fins.az