“Şahdağ” Qış-Yay Turizm Kompleksi yeni mövsümə dekabrın 15-də start verəcək. Mədəniyyət və Turizm Nazirliyindən seyyah.az-a verilən məlumata görə, bu il kompleksə gələn turislər üçün bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, bu yaxınlarda kompleksdə sayca 5-ci “Park Chalet” otelinin açılması planlaşdırılıb. 328 çarpayılıq bu oteldə turislərin rahatlığı üçün hər bir şərait yaradılacaq. Digər yeniliklər isə xizək yolları ilə bağlıdır.
Ötən qış turizm mövsümündə “Şahdağ”ı ziyarət edən turislərin sayı 100 mindən çox olub. Mərkəz müştərilərinə gecələmə, restoran, əyləncə, SPA və nəqliyyat xidmətləri göstərir.
Ölkənin əsas qış turizm mərkəzlərindən sayılan “Şahdağ” Qış- Yay Turizm Kompleksi 2053 hektar ərazidə yerləşir.Kompleks Bakıdan 200,Qusardan isə 29 km aralı məsafədədir.