ABŞ-ın Atlanta şəhərində dünyanın ən etibarlı evi inşa olunub.
Mütəxəssislərin fikrincə, hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür. Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, sahəsi 10 min kvadratmetr olan evin bütün otaqlarının qapıları zirehdən hazırlanıb. Evdə xüsusi kommunikasiya xətləri quraşdırılıb və güclü təhlükəsizlik sisteminə malik 5 bunker tikilib. Bunkerlərə yalnız gizli qapı vasitəsilə girmək olar. Tikintisinə 30 milyon dollar xərclənən evdə 8 yataq və 14 vanna otağı, 3 mətbəx, habelə hovuz, kinoteatr, rəsm qalereyası və hətta tir var. Zirehli evin tikintisi altı ilə başa gəlib.

