Kapadokya tarixi dəyərləri, peribacaları, sirli yeraltı şəhərləri, gözəl atları, ləziz yerli mətbəxi, maraqlı əyləncələri ilə Turkiyənin mütləq görülməli cənnət bölgələrindəndir.
Səyyah.az turizm portalının məlumatına görə Kapadokya fars dilində “Katpatuk”, yəni “Gözəl atlar diyarı” deməkdir. 1985-ci ildə UNESCO-nun qoruma altına aldığı Kapadokya əsrlər əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir mənzərədir. Hitit, Frig, Fars, Roma, Bizans və Selçuk kimi böyük mədəniyyətləri özündə cəmləşdirən bu təbiət möcüzəsinin dünyada tayı bərabəri yoxdur. Sizdə bu cür təbiətin əsrarəngiz gözəlliyini görmək istəyirsinizsə, turizm şirkəti Ramazan bayramının 15-22 iyun tarixlərində Kapadokya ilə bərabər İsatanbul turu təşkil edir.
Turun qiyməti 660 manatdır. Qiymətə isə aviabilet, oteldə qonaqlama və səhər yeməyi daxildir. Qeyd olaraq bildirək ki, qiymət 2 nəfərlik otagda 1 nəfər üçün hesablanıb.