Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza qaydaları dəyişdi

Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza qaydaları dəyişdi
Xəbərlər 12 Mart 2018 15:21 189
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza qaydaları dəyişdi

Azərbaycan ərazisinə daxil olduqda hava limanında həyata keçirilən viza prosedurları mayın 15-dən  ASAN-nın “Vətəndaşlar üçün Viza” və “ASAN Ödəmə” sistemi vasitəsilə elektron şəkildə həyata keçiriləcək.

  Səyyah.az turizm portalı fed.az istinadən xəbər verir ki, bu barədə türk mətbuatı Mülki Aviasiya Ümumi Müdirliyinin (SHGM) internet saytına istinadən xəbər yayıb. Bildirilir ki, Türkiyənin Bakıdakı səfirliyinə göndərilən xəbərdarlığa uyğun olaraq, xaricilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq olunan viza proseduru dəyişdirilib.15 may tarixində qüvvəyə minən həmin qərar çərçivəsində giriş vizaları “ASAN Visa” və “ASAN Payment” sistemi üzrə beynəlxalq hava limanlarında elektron şəkildə təşkil olunacaq. Sözügedən icraat Azərbaycan prezidentinin yanında fəaliyyət göstərən ASAN tərəfindən həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR