Uşaqlar üçün - "Novruz Sevincləri" adlı bayram

Uşaqlar üçün - "Novruz Sevincləri" adlı bayram
Xəbərlər 12 Mart 2018 16:56 126
Uşaqlar üçün - "Novruz Sevincləri" adlı bayram

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə martın 17-18-19-da Nizami Kino Mərkəzində Novruz bayramı ilə əlaqədar "Novruz sevincləri" adlı bayram şənlikləri keçiriləcək. Səyyah.az bildirir ki, şənlikdə Dədə Qorqud, Kosa, Keçəl, Bahar qızı və nağıl qəhrəmanlarının iştirakı ilə kiçik qonaqlara tamaşa göstəriləcək. Həmçinin, uşaqları Kosa və Keçəlin əyləncəli şousu, tanınmış müğənnilərin çıxışları, rəqslər, müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir. Bütün uşaqlar və valideynlər bayram şənliklərinə dəvətlidirlər. @fins.az

OXŞAR XƏBƏRLƏR