Azərbaycandan Hindistana aviareys açıla bilər

Azərbaycandan Hindistana aviareys açıla bilər
Xəbərlər 13 Mart 2018 08:30 74
Azərbaycandan Hindistana aviareys açıla bilər

 

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

Səyyah.az turizm portalı fed.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

“Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.
trend

OXŞAR XƏBƏRLƏR