"British Airways" Azərbaycandan olan aviareyslər üçün terminalı dəyişir

Xəbərlər 12 Noyabr 2014 00:00 1318
"British Airways" Azərbaycandan olan aviareyslər üçün terminalı dəyişir

Gələn il iyunun 30-dan etibarən “British Airways” aviaşirkətinin London-Bakı-London aviareysi “Heathrow” hava limanının 5-ci terminalından yerinə yetiriləcək.

Bu qərar “British Airways”ın uçuş cədvəlinə əsasən gələn ilin sonunda ümumi üç terminaldan iki terminala keçmək üçün qəbul olunub - Terminal 3 (T3) və Terminal 5 (T5). Bütün mərhələlərdən və bu istiqamətdə atılan addımlardan sonra “British Airways” aviaşirkəti T5-dən 118, T3-dən isə 21 marşrut üzrə aviareyslər həyata keçirəcək.
Hazırda Bakı-London aviareysi üzrə uçuşlar Böyük Britaniyanın ən iri aeroportunun 1-ci terminalından (T1) yerinə yetirilir, dəyişiklikdən sonra isə aviaşirkətin sərnişinləri daha geniş imkanlardan yararlana biləcəklər. Gələn il, həmçinin Yaxın Şərq və Mərkəzi Asiyadan uçuşlar T1-dən T5-ə yerinə yetiriləcək.

Aviareyslərin T3-ə və T5-ə keçirilməsi 2015-ci ilin sonunda T1-in bağlanması ərəfəsində “British Airways”ın əməliyyatlarının gücləndirilməsinin bir hissəsidir.

“British Airways” aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis bildirib: “Aviareyslərin Terminal 5-ə keçirilməsi effektivliyi artıracaq və müştərilərə yeni salonlara və ticarət nöqtələrinə çıxış da daxil olmaqla geniş imkanlar təklif edəcək. Terminallar arasında hərəkət üçün də kifayət qədər vaxt təqdim olunacaq - unutmaq lazım deyil ki, biz 70 ölkədən artıq 179 məntəqəyə ümumdünya marşrut şəbəkəsini təklif edirik”.

“British Airways” Terminal 5-də yerləşən zalların yenidən qurulmasına kifayət qədər vəsait yatırıb və aviaşirkət bir çox əməliyyatları bu terminala keçirdikdən sonra burada təklif olunan məhsulların sayını artıracaq. Hazırda terminalın 6 zalı mövcuddur ki, bunların tikintisinə 60 mln. funtdan artıq vəsait xərclənib: “Kankord” otağı, birinci sinif salonu, 3 klub və 1 gəlmə zalları.

Bundan başqa, Qızıl və Gümüş icra klublarının üzvləri, həmçinin birinci sinif sərnişinləri yeni zallardan və məşhur “Elemis” SPA-məhsullarından yararlana biləcəklər. “Qalereyalar” kimi tanınan bu zallarda 2 500 insan yerləşə bilir.

Qeyd etmək lazımdır ki, 2013-cü ildə Terminal 5 aeroportlarda ən yaxşı terminal adına layiq görülüb və “SKYTRAX World Airport Awards”da “Alış-veriş üçün ən yaxşı aeroport” kimi təltif olunub.

Xatırladaq ki, sərnişinlərin havada və yerdə rahatlığını təmin etmək məqsədilə “British Airways” aviaşirkəti yeni təyyarələrə, “ağıllı” kabinələrə, qonaq otaqlarına və yeni texnologiyalara 5 mlrd. funtdan artıq sərmayə yatırır.

“British Airways” haqqında:

• “British Airways” 9-u İngiltərə, 84 - Avropa və 86 - dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabinə seçimi xidmətini təklif edir
• Aviaşirkət yeni təyyarə, yeni kabinə, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabinə, zərif salonlarda təxminən 5 milyon funt-sterlinq investisiya yatırır
• “British Airways”in ev terminalı, 5-ci Terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminalı kimi “Skytrax” mükafatına layiq görülüb

OXŞAR XƏBƏRLƏR