Mübariz insanların ölkəsi – Vyetnam – ŞƏXSİ TƏCRÜBƏ

Mübariz insanların ölkəsi – Vyetnam – ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 14 Mart 2018 10:30 136
Mübariz insanların ölkəsi – Vyetnam – ŞƏXSİ TƏCRÜBƏ

Səyyah.az Turizm və İnformasiya saytı səyahətçilərin səfər təəssüratlarını təqdim etməkdə davam edir.

Bu dəfə Cavid Bayramovun Hindistan səfərindən olan təəssüratlarını təqdim edirik:

“...Sentyabr ayının 10-u 6 ay qalmaq şerti ile getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım . Belelikle Moskvadan en uzun uçuşumu heyata keçirdim 11 saat . Vytnam'dakı ilk gün evveller bir yerde işlediyim 2 il görmediyim bir tanışımla görüşdüm. O gün demek olar ki Nha Trang şeherinin bütün gece klublarını gördüm. Seher oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin menzeresi çox gözel idi . Sanki ilk baxışdan ona aşiq olmuşdum ))) Özellikle Hindistandan sonra her yer gözüme çox seliqeli ve temiz görünürdü.

Vyetnam şexsen menim fikrimce dünyada seyahet olunması çox vacib ve maraqlı ölkelerden biridir.

Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( evvelki adı Saygon ) Xo Çhi Minh 2 iyul 1945 ilde Vietnam Demokratik Cümhuriyyetinin qurucusudur. Vyetnamın Atatürk'ü demek olar. Vyetnamın bütün pul vahidlerinin üzerinde onun resmi var ( pul vahidi Dong )

Bu arada Vyetnam'ı geldiğim günün ertesi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şeheri ehalisi 8,5 milyondur.Vyetnamın en böyük şeheridir.

Bu şeherde elbetteki en yadda qalan "Amerikan müharibe muzeyi" ve Amerika'n müharibesinde Vyetnamın qalib gelmesinin en böyük sebebi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu . Savaş müzeyinde sadece müharibe vaxtı istifade olunan döyüş avadanlıqları ve sursatlar yox müharibede eziyyet çeken insanların şekilleri ve en dehşetlisi ölmüş uşaqların dondurulmuş bedenlerini göre bilersiz .

15 il erzinde qazılmış 187 km uzunluğunda 4 mertebeli 16 Min insanın sığına bileceyi KuÇi tuneli . Tünellerini girişleri arıq ve cılız Vyetnamlıların gire bileceyi ölçüde olduğu üçün amerikalı eskerler bu tunellere gire bilmirdi. Şekilde belke tam başa düşersiz ne demek istediğimi. Tünelin içerisinde xestexana , yemekxana , silah anbarları İclas keçirmek üçün otağlar var .Amerika Vyetnam müharibesinde( 1963-1975 ) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı ise itkin düşüb.Vyetmnamın tarixi haqqında az çox bilenden sonra ister istemez Vyetnamlılara qarşı böyük hörmet besliyirsen. Men azadlığı uğrunda bu qeder ezimkar mübarize aparan ( Amerika'ya Çin Fransa kimi dövletlere qarşı ) ve müharibeden elede uzun bir vaxt keçmesini baxmayaraq qısa bir zamanda süretle inkişaf eden başqa bir ölke tanımıram

Mekong çayı Aziyanın en uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çekildiyi şeher ve çay .

Nha Trang ve Muine Vyetnamın esas istirahet şeherleridir İlin 12 ayı istidir. Payızda hava adeten yağışlı olur. Çimerlik çox gözeldir , ( Cenubi Çin Denizi ) özellikle Nha Trangda ( Muine daha dalğalıdır Surfing üçün daha uyğundur )

Vinpearl adasi , meymunlar adasi görmeye deyer yerlerdir.

Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülmeli gezilmeli şeherleri sırasına daxil etmek olar.

Dalat şeheri 1887 ilde Fransa'nın aşkarladığı bir şeherdi.Çiçekler şeheride adlanır. Çox gözel tebieti var , bu şeherde en yadımda qalan ise dünyanın 10 en qeribe otel siyahısına giren "Crazy House" oteli oldu

Paytaxt Xanoy şeheridir.İnkişafı ile Vyetnamın diger şeherleri arasında çox böyük ferq var. Vyetnamın ümumi ehalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkesinden biridir . Vyetnam metbexini ele de beyenmedim.Meşhur " Fo " şorbaları var.İlan qurbağa timsah şeherin istenilen restoranlarında yemek olar.Mehriban milletdir , gülerüz ve sadedirler. Taksi şoferlerini saymasaq demek olar ki Vyetnam'da her kes heyatından razıdı ) Saysız hesabsız bayramlar var.Eylenmeyi çox seven ve bilen milletdir. Qehve istehsalına göre dünyada Braziliyadan sonra 2 ci yeri tutur. ( Arabika ve Robusta ) En çox qehve ixrac etdiyi ölke Almaniyadır. Vyetnamlılar qehveni buzlu içirler.Qara biber istehsalına göre birinci düyü istehsalına göre dünyada beşinci yeri tutur.Ölkeye esas geliri xalq teserrüfatı teşkil edir . Vyetnamda bir çox zengin kişiler dırnaq uzadır ( bir ve ya iki barmağında ) bu onların ağır işle meşqul olmadığının göstercesidir.Güneşli havada üzlerini bağlıyar ki qaralmasınlar.Zengin görsene bilmenin başqa bir göstercesi ağ olmaqdır.Vyetnamlıların 40% soy adları "Nguyendir" ( bunu Vyetnama gedenden 3 ay sonra öyrenmişem , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna göre ele bilirdim hamısı qohumdular ) Vietnam dili en çetin dillerden sayılır , bezi sözler 6 ferqli tonda deyilib 6 ferqli mena ifade edir.

Halong - Vietnamın en görülmeli yeridir. 3000 min adanın birleşdiyi yer . "Drakonun denize endiyi yer kimi " kimi tercüme olunur. Körfezi gezmek üçün gemi ile 2 3 günlük turlar var.

Resmi göstericilere göre Vyetnam ehalisinin 81% ateisdir ama eslinde bu bele deyil.Vietnamda din azadlığı var. Esil gösterce ise texmini beledir 45% milli inanc 16% Budizm 8% Xristian 29% ateist geride qalanlar 2% ferqli dinlere inanır. Vyetnamdan Malaziya , Singapur , İndoneziya ( Bali ) Kambocca ve başqa bir neçe tanınmış ölkelere getmek ucuzdur ( bunlar qalsın bir sonrakı yazıya ) Vyetnamın bir başqa özelliyi çoxlu hind restoranlarının olmasıdır ))....”

OXŞAR XƏBƏRLƏR