Təmiz hava, əzəmətli Kür çayı və bu çayın üzərindəki gözəl şəhər. Bir neçə gün əvvəl "Mingecevir Riverside" otelin və "Baku Travel-Tourism" şirkətinin təşəbbüsü ilə ölkəmizin ən gözəl bölgələrindən birinə - Mngəçevirə info tur təşkil edilib. Son vaxtlar Mingəçevir Azərbaycanın turizm şəhərlərindən birinə çevrilməyə başlayıb. 30-a yaxın turizm şirkətinin qatıldığı infoturun iştirakçıları şəhərdə turistlər üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Yolçu yolda gərək
Mingəçevir səyahəti sübh tezdən başladı. Tur rəhbəri Əziz Şiriyevin başçılıq etdiyi qrupumuz səhər saat 7-də Bakıda "Gənclik" metrostansiyasından yola düşdü. Səfərin ənənəvi əziyyətini hiss etdirməyən rahat avtobusumuz cəmi bir dəfə Kürdəmirdə dayandı. Səhər yeməyindən sonra yola davam etdik və artıq günorta Mingəçevirdə idik. Şəhərdə dayanacaq yerimiz bölgənin ən məşhur otellərindən biri sayılan 4 ulduzlu "River side" oldu.
"River side" hoteli
Kür çayının sahilində yerləşən bu gözəl hotel cəmi 7 il əvvəl - 2007-ci ildə inşa edilib. Oteldə umumilikdə 30 otaq var. Bunlardan 13-ü "Standart" (28 m2), 5-i "Ailəvi" (30 m2), 9-u"River view", 3-ü isə "Lüks" kateqoriyasına aiddir. 2 nəfərlik "Standart" nömrədə bir günlük yaşamaq 70 manata, 3 nəfərlik "Ailəvi" nömrəsində 100 manata başa gələcək, uşaq üçün əlavə çarpayı 30 manatdır. "Lüks" nömrənin qiyməti isə 150 manatdır. "Lüks" nömrəsi 2 nəfərlik olsa da digərlərindən 2 dəfə böyükdür və iki otaqlıdır. Bu nömrələrdə yataq və qonaq otaqları var. Amma "River side"nin ən maraqlı otaqları "River view"lərdir. Çaya baxan, bu nömrələrin eyvanları da var. Bu eyvandan çayı seyr etməyin qiyməti 90 manatdır. Nömrələrin qiymətinə səhər yeməyi də aiddir. Ən əsası, otel nümaynədəsinin sözlərinə görə, qiymətlər mövsümdən asılı deyil.
Uşaqlar üçün əla endirimlər
"River side"də 2 nəfərin səhər yeməyi, oteldə gejələməsi, üstəgəl daxili vasitələrdən istifadəsi 80 manat, 1 nəfərə 3 dəfə yemək 60 manata başa gəlir. 6 yaşa qədər uşaqlar pulsuz, 6-12 yaşa qədər uşaqlara isə 50 faiz endirim nəzərdə tutulub. Qrup turu isə 1 gejə 2 gün turistə 95 manata başa gəlir. Üstəgəl 5 dəfə yemək.
Hotelə yerləşdikdən sonra infotur iştirakçıları üçün açılmış bol süfrədə ləzzətlə nahar edib, gəzintiyə başladıq.
"River side"də əla vaxt keçirmək və dingəlmək üçün geniş imkanlar yaradılıb. Bunlardan ən əsası Kür çayıdır. Ona görə də gəzintiyə elə buradan başladıq.
Gəmi səyahəti və möcüzəli ada
"River side"in qonaqları otelin çay sahilində yerləşməsinin bütün üstünlüklərini hiss edirlər. Burada turistləri müxtəlif əyləncə və xidmətlər gözləyir. Su motosikli, avarçəkmə, katerdə gəzinti, katamaran, balıqçılıq, ovçuluq, müalijəvi qum və sair. Bunlardan birincisi çayda gəmi gəzintisidir. O qədər də böyük olmayan, amma böyük bir qrupu daşımağa qadir olan katerlə gəzinti xüsusi zövq verir. Hərçənd qiyməti o qədər də ucuz deyil - gəmi ilə səyahətin 1 saatı sərnişinlərin sayından asılı olmayaraq 80 manata başa gəlir. Deməli, sərnişin sayı artdıqca adambaşına düşən məbləğ kiçilir. Gəminin maksimum 15 nəfər daşıya bildiyini nəzərə alanda adambaşına bilet 5-6 manat arasındadır. Amma gəmi təkcə gəzinti üçün deyil - onunla sahildən 4 kilometr məsafədə yerləşən adaya da getmək mümkündür. Təxminən 3 hektar ərazisi olan adada yaxın vaxtlarda turistlərin istirahətini daha yaxşı təmin etmək üçün əylənjə mərkəzinin yaradılması nəzərdə tutulub. Hazırda burada ovçuluq və balıqçılıqla məşğul olmaq mümkündür. Yayda isə burada paintbol da oynamaq mümkün olacaq.
Gələn il qonaqlar çox olacaq
Gəmi gəzintisindən sonra otelə qayıdırıq. Burada hotel nümaynədələrinin və infotur iştirakçılarının qatıldığı Dəyirmi Masa təşkil edilib. Mövzu son illər Mingəçevirdə turizmin inkişafı üçün görülən işlərdir. Məlumat verildi ki, son illər Mingəçevirə gələn istər yerli, istərsə də xariji turistlərin sayı artıb. Gələcək planlar barədə məlümat verən otelin nümayəndəsi Könül Ahəngarı turistlərin istirahətini daha yaxşı təşkil etmək üçün görüləcək işlər və yeni xidmətlər barədə məlumat verdi. Yeri gəlmişkən, gələn il şəhər daha qonaq-qaralı olajaq. Çünki 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışlar Mingəçevirdə keçiriləcək. Həmin vaxta kimi burada bir sıra işlərin görülməsi, o cümlədən otelin dizaynının yenidən quralması nəzərdə tutulub.
Hotel əyləncələri
Hələliksə, hotelin qonaqları çoxsaylı əyləncə və rahatlıqlardan istifadə edə bilərlər. Burada bizi sauna, massaj, fitnes zalı, bilyard, stolüstü tennis, şou-proqram, restoran, bar gözləyir. Əyləncələrin əksəriyyəti nömrənin qiymətinə daxildir, bəziləri isə yox. Məsələn, saunadan istifadə 20 manatdır. Bir sözlə, axşamadək hoteldə əla vaxt keçirdik. Bütün bunlardan sonra şam yeməyinə verilən balığın ləzzəti başqa idi...
Sabahı gün isə su anbarına gəzintiyə getdik. Nəhəng qurğunun ölçüləri və buradakı su ehtiyatları adamı heyran edirdi. Su anbarı Mingəçevirdə baş çəkdiyimiz sonuncu obyekt idi. Bundan sonra Bakıya istiqamət götürürük. Avtobusda gözəl əhval-ruhiyyə hökm sürürdü. İnfo tur iştirakçıları səyahət təəssüratlarını hələ avtobusdaca bir-birləri və kənardakı dostları ilə bölüşməyə başlamışdılar. Bölüşməli yeniliklər isə çox idi....