Taksi ilə İstanbula!

Taksi ilə İstanbula!
Xəbərlər 16 Mart 2018 12:54 622
Taksi ilə İstanbula!

 

Bakıda sərnişinlərin daşınması üzrə "Maxim" adlı yeni nəqliyyat şirkəti fəaliyyətə başlayıb. Şəhər içində və Azərbaycanın bölgələrində adamların daşınması üzrə ənənəvi xidmətlərlə yanaşı firma eksklüziv səyahət növləri də təqdim edir.

Şirkətin direktoru Emin İsmayılovun məlumatına görə, "Maxim" uzaq məsafələrə sifarişlər qəbul edir. Sərnişinlərin xarici ölkələrə daşınması üzrə xidmətlərə tələbat var. Bakı sakinlərinin bir hissəsi şimal istiqamətini seçir və Rusiyaya, əsasən Tümen və Vladivostoka taksi sifariş edir. Ancaq bu yolla Gürcüstan, İran, Türkiyəyə də getmək olar.

Uzaq səfərlərin tariflərinə gəlincə, Tbilisiyə bir istiqamətdə və sərnişinlərin sayindan aslı lmayaraq, taksi müştəriyə 223 manata, İstanbula 872 manata, Tehrana 321 manata başa gələcək.

  1. Ancaq qeydiyyat üçün növbə gözləmək lazım gəlməyəcək, bilet və baqaj yoxlanışı yoxdur, müştəri avtomobilin salonunda ya tək, ya da ailəsi ilə birlikdə olacaq. Avtobus, təyyarə və qatarda olduğu kimi, narahat və zəhlətökən qonşular onu rahatsız etməyəcək.
OXŞAR XƏBƏRLƏR