Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəli dəyişir - CƏDVƏL

Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəli dəyişir - CƏDVƏL
Xəbərlər 16 Mart 2018 15:17 2245
Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəli dəyişir - CƏDVƏL

Novruz  bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Səyyah.az turizm portalına verilən məlumata görə, qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ilədək həftədə iki dəfə - Naxçıvandan həftənin VII və IV günləri saat 11-40-da yola düşəcək, Məşhəd stansiyasına həftənin V və I günləri saat 19-25-də çatacaq. Qatar 17 mart 2018-ci ildən 3 apel 2018-ci ilədək Məşhəddən həftənin VI və II günləri saat 00-30-da yola düşəcək, həftənin  VII və III günləri saat 08-45-də Naxçıvana çatacaq.

Naxçıvan-Məşhəd qatarının hərəkət cədvəli dəyişir - CƏDVƏL

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu  və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.

OXŞAR XƏBƏRLƏR