Bakıda Novruz festivalı keçiriləcək - YER, TARİX

Bakıda Novruz festivalı keçiriləcək - YER, TARİX
Xəbərlər 17 Mart 2018 10:06 532
Bakıda Novruz festivalı keçiriləcək - YER, TARİX

 

Martın 20-dən etibarən paytaxtda təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər iştirak edəcək. 

Nazirlikdən FED.az-a bildirilib ki, Fəvvarələr meydanında reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Festival çərçivəsində təşkil olunacaq yarmarkada iştirak edən xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı əldə edəcəklər. Eyni zamanda, fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq ki, qonaqlar bayram əhvalını tam mənasında yaşaya bilsinlər.

OXŞAR XƏBƏRLƏR