"Atletiko" rəsmisi: "Klubumuzla əməkdaşlıq Azərbaycana turist axınını artırıb"

"Atletiko" rəsmisi: "Klubumuzla əməkdaşlıq Azərbaycana turist axınını artırıb"
Xəbərlər 19 Mart 2018 11:54 651
"Atletiko" rəsmisi: "Klubumuzla əməkdaşlıq Azərbaycana turist axınını artırıb"

İspaniyanın "Atletiko" futbol klubu ilə əməkdaşlıq Azərbaycana turist axınını artırıb.

Səyyah.az turizm portalı report-a istinadən xəbər verir ki, bunu Madrid təmsilçisinin Futbol Akademiyasının rəhbərlərindən olan Antonio Rivera Rusiyanın paytaxtı Moskvada RMA Biznes-Məktəbinin İdman oyun növləri üzrə menecment fakültəsinin tələbələri üçün mühazirəsində bildirib.

O deyib ki, "Atletiko" komandasının futbolçularının geyindiyi formaların üzərində "Azerbaijan Land of Fire" reklamının yazılması hər iki tərəf üçün faydalı olub: Tərəfdaşlarımıza çox diqqətlə yanaşırıq. Düşünürəm ki, bir neçə il əvvəl oyunçuların formalarının üzərində "Azerbaijan Land of Fire" reklamı çoxlarının yadındadır. Həmin əməkdaşlıq qarşılıqlı faydalı oldu. Həqiqətən də Azərbaycanın dünyada tanınması artdı. Ora turist axını çoxalıb və "Atletiko"nun buna kömək etməsi faktdır. Bu gün titul sponsorumuz başqadır, amma xoş münasibətlər onsuz da qalıb, biz onları qiymətləndiririk".

Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-dək oyunlara üzərində "Land of Fire Azerbaijan" yazılmış formalarla çıxıb. Həmçinin, "Bakı 2015" I Avropa Oyunları zamanı madridlilərin formalarında "Baku 2015 1st European Games" yazısı həkk olunub.

"Atletiko" rəsmisi: "Klubumuzla əməkdaşlıq Azərbaycana turist axınını artırıb" - FOTO

OXŞAR XƏBƏRLƏR