Azərbaycan İran vətəndaşlarına giriş vizalarıını asanlaşdırdı

Azərbaycan İran vətəndaşlarına giriş vizalarıını asanlaşdırdı
Xəbərlər 19 Mart 2018 14:17 500
Azərbaycan İran vətəndaşlarına giriş vizalarıını asanlaşdırdı

 

Azərbaycana gələn İran vətəndaşlarına giriş vizaları ilə bağlı prosedurlarda yenilik tətbiq olunub.

Bu barədə  XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, 15 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdiriləcək.

XİN rəsmisi bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvar olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR