20-27 Mart - NƏ ETMƏK OLAR?

20-27 Mart - NƏ ETMƏK OLAR?
Xəbərlər 23 Mart 2018 23:27 1111
20-27 Mart - NƏ ETMƏK OLAR?

Çoxdan gözlənilən bayram, əla hava, şirniyyatlar, qoz-fındıq və quru meyvələr... xoşbəxtlik üçün daha nə lazımdır? Bircə şoumuz çatışmır! Seyyah.az sizin üçün 20-27 martda Novruz tətillərinizin daha əyləncəli və aktiv olması üçün ən maraqlı hadisələr siyahısını hazırlayıb:

Xalq gəzintiləri:

  • Ənənəvi olaraq 19 martda İçərişəhər və Dənizkənarı Bulvarda artıq Novruz bayramını qeyd etməyə başlayırlar. Pəhləvanlar, musiqiçilər, kəndirdə gəzənlər, sehrbazlar və sənətkarlar. Proqramın ulduzları isə əlbəttə ki, Keçəl, Kosa və Bahar Qız olacaqlar. Əgər xaricdən qonaqlarınız varsa, onları da festivala gətirin! Burada hər şeydə paxlava ətri, bayram əhvalı və əyləncə hiss olunur.

Harada: İçərişəhər, Dənizkənarı Bulvar

Nə vaxt: 19 mart

Necə: Giriş sərbəstdir

  • 20 martda Qala tarixi-etnoqrafik qoruqda bayram şirniyyatları, təndir çörəyi və isti qutablar bişirəcək, gözəl suvenirlər düzəldəcək və balaca qonaqlar üçün tamaşalar göstərəcəklər. Bayram günləri qoruğa İçərişəhər və "Qoşa Qala"dan yola çıxan pulsuz avtobuslarla getmək olar (12:00-dan sonra).

Harada: Qala tarixi-etnoqrafik qoruq

Nə vaxt: 20-21 mart

Necə: Giriş sərbəstdir

  • Bu il İçərişəhər qala divarları önündə Novruz bayramını qeyd edən və bizimlə şirəli paxlavaya, zərif şəkərburaya olan sevgimizi paylaşan ölkələrin iştirakı ilə "Meydan Bazarı" festivalı keçiriləcək. 12:00-dan axşam saatlarınadək burada mədəniyyət haqqında qısa filmlər göstərəcək, qeyri-adi açıqca və suvenirlər satacaqlar, acdıqda isə burada hazırlanan müxtəlif ölkələrin yeməklərini dada bilərsiniz.

Harada: İçərişəhər 

Nə vaxt: 20-26 mart, 12:00-dan

Necə: Giriş sərbəstdir

  • Düz altı günlük Fəvvarələr Meydanı dünyanın müxtəlif yerlərindən gələn sənətkarlar və musiqiçilər üçün əsas səhnəyə çevriləcək. Pəhləvanlar, akrobatlar, sehrbazlar təəccübləndirəcək, sənətkarlar və dulusçular öz əl işlərini göstərəcəklər. Və əlbəttə ki, hamını milli mətbəximizin dadlı yeməklərinə qonaq edəcəklər.

Harada: Fəvvarələr Meydanı

Nə vaxt: 20-26 mart, 12:00-dan

Necə: Giriş sərbəstdir

Gəzmək, yemək və rəqs etmək:

  • Ev şirniyyatları bitdikdən sonra, dostlarınızla İnturistə gedin: burada 18 martdan 25 martadək Novruzu qeyd edir, paxlava, şəkərbura, şor qoğalla gözəl Xəzər mənzərəsinə qarşı ənənəvi çay içməyə dəvət edirlər.

Harada: İntourist Hotel Baku

Nə vaxt: 18-25 mart

Qiymət: Bir nəfər üçün 15 manat

  • 21-25 mart tarixlərində Hard Rock Cafedə yazın gəlişini gitara akkordları ilə qeyd edirlər. 21 mart günü balacalar üçün marionet tamaşası olacaq, axşam isə Meridian Band çıxış edəcək. 22 mart Ahmedovski Trio ilə eysid-caz dalğaları altında keçəcək, 23 mart tamamilə DU VOL duetinin elektron setlərinə həsr olunacaq. 24 martda Radio&Video ilə birlikdə sizi əsl rok-n-roll gözləyir. 25 martda isə Hard Rocka bütün ailənizlə gəlin: 13:00-dan 15:00-dək burada gənc qolfçuların və yeni öyrənənlərin çempionatı olacaq. Uşaqlara qolf çubuğunu düzgün tutmağı, topun hərəkətini hesablamağı və çəmənliyə düzgün atışlar etməyi öyrədəcəklər.

Harada: Hard Rock Cafe

Nə vaxt: 21-25 mart

Necə: Giriş sərbəstdir

  • 13 Restaurant-da Novruz bayramını 21-22 martda qeyd edəcəklər. Qonaqlar üçün burada xüsusi bayram proqramı hazırlayıblar: 21 martda sizin üçün 13 Band-in istedadlı musiqiçiləri və RİTM rəqs kollektivi çıxış edəcəklər. 22 martda isə burada məşhur xanəndə Orxan Hüseynli, tar ifaçısı İsmayıl Zülfüqarov və kamançı Bayram Mustafayevi gözləyirlər. Biraz da menyu haqqında: sizi soyuq qəlyanaltılar, pendirlər, qutablar, yarpaq dolması və şefdən təndirdə toyuq qanadları gözləyir.

Harada: 13 Restaurant

Nə vaxt: 21-22 mart

Qiymət: İki nəfər üçün 130 manat

  • Buddha Barda yazı baraban, elektro-set və maraqlı şou ilə qarşılayırlar. Axşamdan səhərədək qonaqlar üçün djlər Ronfoller, Estgamin və Bunbeck çıxış edəcəklər, gecənin ən gözləniləni isə dinamik baraban şousu və Show Buddha Bar akrobatlarının çıxışı olacaq. 21:00-da başlayır.

Harada: Buddha Bar

Nə vaxt: 20-21 mart

Necə: Giriş sərbəstdir 

  • Dnb, dabstep, qlitç və bir az da trep – Sintetikdə sizi 23 martda qısaca olaraq bunlar gözləyir. Bu axşam TIM, N.E.Z, TEMPLATE и HAZI KARIM çıxış edəcəklər. Onların texno musiqilərini dinləməyə və doyunca rəqs etməyə gəlin.

Harada: Sintetik

Nə vaxt: 23 mart

Necə: Giriş sərbəstdir

Novruz incəsənəti:

Diqqət, çılğın yumurtalar hücuma keçir. 20 mart Port Bakuda açıq səma altında "Eggs Go Dəli" sərgisi açılır. Burada gənc və qeyri-adi rəssamlar tərəfindən boyanmış, hündürlüyü hətta 1,50 metrə çatan əlvan bayram yumurtaları təqdim olunacaq. Bir neçə bayram açıqcası çəkmək və İnstagramda # NOVRUZNORULES heşteqi ilə paylaşmaq şansını qaçırmayın.

Harada: Fashion Avenue

Nə vaxt: 20 mart – 1 aprel

Necə: Giriş sərbəstdir

  • Novruz tətillərini incəsənətlə keçirin. ARTLAB studio müəllimləri uşaqlarınıza rəsm çəkməkdən, dekupaja və gillə işləməyə qədər yaradıcılığın bir çox növlərini öyrədəcəklər. Master-klasslar 16 martdan 1 aprelə qədər Port Baku Mallda keçiriləcək.

Harada: ARTLAB studio 

Nə vaxt: 16 mart – 1 aprel

Qiymət: 15 manat

İşıqları söndürün:

  • 24 martda Bakı Vəhşi təbiət fondunun bütün dünyada keçirdiyi "Dünya Saatı" aksiyasına qoşulacaq. Bütün Bulvarda işıqlar söndükdən sonra ən maraqlısı başlayacaq: yaxşı musiqi, rəqslər və ekoşam işığında oyunlar! Aksiya 20:00-da Kukla Teatrı arxasında başlayacaq.

Harada: Neftçilər pr. 77, Kukla Teatrı arxasında

Nə vaxt: 24 mart

Necə: Giriş sərbəstdir

Gəzintiyə hazırlaşırıq:

  • Bayram həftəsi bölgələrə getmək üçün əla fürsətdir, bu məqalədə biz haralara getmək haqqında danışırıq.
  • Əgər nə isə bir yenilik istəyirsinizsə, Novruzu Şahdağın ən yüksək dağ kəndi Seliburda qarşılayın və ya Astara meşələrində Camping Azerbaijan-ın təcrübəli kemperləri ilə şəhər səs-küyündən uzaqlaşın.
  • Ocaq ətrafında xoş söhbətləri və günəşli səma altında gecə keçirməyi xoşlayanları 25 martda İspik meşəsində gözləyirlər. ÇÖLÇÜ KLUBU sizə çadır qurmağı öyrədəcək, ocaq qalayacaq və vəhşi təbiətdə yaşamaq üçün ən vacib şeylər haqqında danışacaqlar.

Harada: Azərbaycan bölgələri

Nə vaxt: 21-22 mart, 25 mart

Necə: Qiyməti öyrənmək və bilet almaq üçün telefonlar: (994 55) 284 4622 (Camping Azerbaijan), (994 50) 316 3565 (Çölçü)

Mənbə: Bakuafisha.az

OXŞAR XƏBƏRLƏR