Novruz tətilləri düz bir həftə davam edəcək. Əgər şəhər kənarına çıxmaq planınız yoxdursa və film həvəskarısınızsa, kinoteatrlara baş çəkmək üçün əla fürsətdir!
Səyyah.az TooFun-a istinadən bayram günləri paytaxt kinoteatrlarının repertuarını təqdim edir.
CinemaPlus: Yadlar - Qəddar oyunlar

Amerikalı ailə kiçik bir səyahətə - kempinqdə yaşayan qohumlarını ziyartə yollanır. Lakin avtomobil düşərgəsi boş olur. Gecə düşər-düşməz maskalı üç qəribə insan peydə olur. Onların məqsədi ailəni qarət etmək və ya öldürmək yox, ailə üzvünün hər birinin fərdi yaşama eşiqinin nə qədər olduğunu öyənməkdir.
Formatlar: 2D
Ölkə: ABŞ
Rejissor: Yohannes Roberts
Rollarda: Kristiana Hendriks, Beyli Medison, Martin Henderson
Müddət: 90 dəqiqə
Janr: Qorxu
Yaş həddi: 18+
7-15 AZN
(012) 499 89 88
CinemaPlus: Vəhşi əcdadlar

Daş dövrü və hətta daha sonrakı sivilizasiyalar - yenə də vəhşi əcdadlar sayılır, amma onlar necə də bizə oxşayırlar. Onların da həddən artıq qohumu olub, kişiləri də ömrü boyu sevdiyi qadın uğrunda mübarizə aparıb. Onlar da zinyət əşyalarını çox sevirdi, dəri topla oynayıb hər zaman birinci olmağa çalışıblar...
Formatlar: 2D
Ölkə: ABŞ, Böyük Britaniya
Rejissor: Nick Park
Rollarda: Tom Hiddleston, Eddie Redmayne, Maisie Williams
Müddət: 100 dəqiqə
Janr: Animasiya
Yaş həddi: 0+
7-15 AZN
(012) 499 89 88
Park Cinema: "Tomb Raider: Lara Kroft"

Lara Kroft yeniyetmə ikən itkin düşmüş macəaraçının sərbəstliyə alışmış qızıdır. Onun artıq iyirmi bir yaşı var və həyatını məqsədsiz şəkildə yaşamaqdadır. Kuryerlikdən qazandığı isə kirayə pulu və kollecdə təhsil üçün ancaq yetir. Hər şeyə öz gücü ilə nail olmağa məqsədlənmiş Lara atasının qlobal imperiyasını idarə etməkdən imtina edir, eyni ilə onun itkin düşdüyü fikrini inkar etdiyi kimi. Yeddi illik bəhrəsiz axtarışlardan sonra reallıqla barışıb və həyatına davam etməli olmasına dair nəsihətləri eşitdikdə Lara atasının müəmmalı ölümünün səbəblərini aşkarlamağa onu nəyin vadar etdiyini özü də anlaya bilmir.
Ölkə: ABŞ
İl: 2018
Rejissor: Roar Uthauq
Janr: Davalı, macəra
Rollarda: Alisiya Vikander, Hanna Con-Keymon, Volton Qoqqins, Dominik Vest, Kristin Skott Tomas, Nik Frost, Deniel Vu, Emili Keri, Aleksandr Villaume, Helena Holms
Müddət: 120 dəqiqə
Yaş məhdudiyyəti: 12+
Kinoda: Martın 15-dən
3.90-25 AZN
(012) 119
(012) 598 74 14
CinemaPlus: Dovşan Piterin macəraları

Piter adlı balaca və dəcəl dovşan balasının sərgüzəştləri haqqında film. Dovşan balası qəzəbli fermerin bağına girib ordakı meyvə və tərəvəzlərdən dadmaq istəyir.
Formatlar: 2D
Ölkə: Böyük Britaniya, ABŞ
Rejissor: Uill Qlak
Rollarda: Daisy Ridley, Margot Robbie, Elizabeth Debicki
Müddət: 110 dəqiqə
Janr: Animasiya, komediya, ailəvi, macəra
Yaş həddi: 6+
7-15 AZN
(012) 499 89 88
Ledi Börd

Özündən yaşca böyük ,himayəliyə götürülmüş qardaşının köməyi ilə anadan olduğu şəhərciyi tərk edib Nyu-Yorka qaçmağa çalışan yuxarı sinif şagirdi Kristina MakFersonun hekayəsi. İlk məhəbbət, həqiqi dostluq və həyatda öz yerini tapmaq cəhdindən bəhs edən film.
Ölkə: ABŞ
İl: 2018
Rejissor: Qreta Qerviq
Janr: Drama, komediya
Rollarda: Sirşa Ronan, Timoti Şalame, Odeya Raş, Lori Metkaf, Lukas Heces, Ketrin Nyuton, Bini Feldşteyn, Ceyk Makdorman, Treysi Letts, Daniel MakDonald
Müddət: 120 dəqiqə
Yaş məhdudiyyəti: 16+
Kinoda: Martın 15-dən
3.90-25 AZN
(012) 119
(012) 598 74 14
Park Cinema: Şerlok Qnoms

Qnomeo və Culyettanı yeni macəralar gözləyir, lakin bu səfər Londonda. Qəhrəmanlar ailəsi və dostları ilə şəhərə köçəndə onların əsas işi yeni bağlarını yaza hazır etmək olur. Lakin onlar tezliklə qorxunc xəbər alırlar: bütün London boyunca onların qnom qardaşları müəmmalı şəkildə yoxa çıxır! Günlərin bir günü Qnomeo və Culyetta evə qayıtdıqda doğmalarının da yoxa çıxdıqlarını görürlər. Bu vəziyyətdə köməyə ancaq Şerlok Qnoms gələ bilər. Tanınmış detektiv London bağlarının sakinlərinin müdafiəsinə dayanır və sadiq dostu Vatsonun köməkliyi ilə bu müəmmalı işi çözməyi öhdəsinə götürür.
Ölkə: ABŞ, Böyük Britaniya
İl: 2018
Rejissor: Con Stivenson
Janr: Cizgifilmi, fentezi, melodrama, komediya, detektiv, ailəvi
Rollarda: Conni Depp, Ceyms MakEvoy, Emili Blant, Meqqi Smit, Maykl Keyn, Çivetel Eciofor, Stiven Merçant, Meri Cey Blayc
Müddət: 120 dəqiqə
Yaş məhduddiyyəti: 6+
Kinoda: Martın 15-dən
3.90-25 AZN
(012) 119
(012) 598 74 14
Park Cinema: Sakit okean sərhədi 2

İdarə olunan robot-müdafiəçilərdən ibarət komanda nəhəng yadplanetlilərin hücumunun qarşısını alır. Sakit okean sərhədi uğrunda böyük savaş bəşəriyyət tarixində yeni səhifə açdı. Lakin müahiribə hələ indi başlayır... Yer üzərində öz hüquqlarını müdafiə edəcək yeni nəslin zamanı yetişdi.
Ölkə: Çin, ABŞ
İl: 2018
Rejissor: Stiven S. DeNayt
Janr: Qorxulu, fantastika, davalı, triller, macəra
Rollarda: Skott İstvud, Adria Arxona, Con Boyeqa, Tsin Tyan, Rinko Kikuti, Çarli Dey, Bern Qorman, Keyli Speni, Şirli Rodriges, Dastin Kler
Sürəklik: 120 dəqiqə
Yaş məhdudiyyəti: 16+
Kinoda: Martın 22-dən
3.90-25 AZN
(012) 119
(012) 598 74 14
CinemaPlus: Güc sahibi

Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də, qonşu evdə qəribə hadisələr baş verir. Bir gün dostlardan birinin ad günü düzənlənir və həmin əyləncə gecəsində çox şeylər məlum olur. Əsas hadisələr isə ad günündən sonra cərəyan edir.
Formatlar: 2D
Ölkə: Azərbaycan
Rejissor: Nərgiz Mahmudzadə
Rollarda: Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova, Sənan Əlləz
Müddət: 100 dəqiqə
Janr: Mistika, triller
Yaş həddi: 14+
7-15 AZN
(012) 499 89 88
CinemaPlus: Düğüm Salonu

Sizinlə eyni gün, eyni ay, eyni saatda köhnə sevgilinizin də qonşu salonda evləndiyini görsəniz və qarşılaşsanız, nə olar? İki toy bir-birinə girər, sirlər aşkara çıxar, ortalıq qısa müddətə qarışar! Toy gecəniz düyün gecəsinə, toy salonunuz "Düğüm Salonu"na çevrilər.
Formatlar: 2D
Ölkə: Türkiyə
Rejissor: Hakan Algül
Rollarda: Şahin Irmak, İrem Sak, Gonca Vuslateri, Emre Karayel, Onur Buldu
Müddət: 100 dəqiqə
Janr: Komediya
Yaş həddi: 14+
7-15 AZN
(012) 499 89 88
CinemaPlus: Zamanın döngəsi

Filmdə əsas hadisələr atasının elmi tətqiqat nəticəsində izsiz şəkildə yoxa çıxdığı gənc Meq Murri ətrafında cərəyan edir. Bir sıra müəmmalı hadisələrdən sonra o, axtarışlara yollanır. Onları qarşıda zamana səyahət və qəribə dünyalarla tanışlıq gözləyir.
Formatlar: 2D/3D/Dolby Atmos
Ölkə: ABŞ
Rejissor: Ava Düverney
Rollarda: Chris Pine, Reese Witherspoon, Gugu Mbatha-Raw
Müddət: 100 dəqiqə
Janr: Macəra, ailəvi, fantastika
Yaş həddi: 12+
Kinoda: 08.03.2018 - 28.03.2018
6-15 AZN
(012) 499 89 88
CinemaPlus: Bir xalanın sirri

Hadisələr "Bozbash Pictures"in 6 əsas qəhrəmanının başına gəlir. Bacısına toy eləmək istəyən Şoşu toya iki gün qalmış təzə kürəkəni də götürüb öz qohumları ilə birlikdə paytaxda toyqabağı istirahət üçün gəlirlər. Paytaxtdakı əyləncə mərkəzlərinin birində spirtli içki qəbul edən qohumlar bir də gözlərini səhər oteldə açırlar. Bundan sonra qəhrəmanlarımız hərəsi bir yerdə bir vəziyyətdə aşkar olunur.
Formatlar: 2D
Ölkə: Azərbaycan
Rejissor: Emil Quliyev
Rollarda: İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev, İlkin Misgərli, Nicat Rəhimov, Elşən Orucov, Gülzar Əşrəfova
Müddət 80 dəqiqə
Janr: Komediya
Yaş həddi: 14+
Kinoda: 28.02.2018 - 30.04.2018
7-15 AZN
(012) 499 89 88
Park Cinema: Sərnişin

Hələ dünən, onun günü çoxdan tanıdığı insanların əhatəsində eyni qatarada işə yollanmaqla başlayırdı, lakin bugün müəmmalı bir qadın ona eksperimentdə iştirak etməyi təklif edir. Qərar qəbul etmək üçün yalnız bir dayanacaq və minlərlə şans arasından qalib olmaq üçün bir şans mövcuddur. Ehtiyyatlı olun, oyun başlayır...
Ölkə: Böyük Britaniya, ABŞ
İl: 2018
Rejissor: Jauma Kolyet-Serra
Janr: Triller, drama, kriminal, detektiv
Rollarda: Liam Nison, Vera Farmiqa, Sem Nil, Patrik Vilson, Conatan Benks, Elizabet MakQovern, Şazad Latif, Florens Pyu, Letişia Rayt, Killian Skott
Müddət: 100 dəqiqə
Yaş məhdudiyyəti: 16+
Kinoda: Martın 8-dən
3.90-25 AZN
(012) 119
(012) 598 74 14
CinemaPlus: Kəklikotu

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.
Format: 2D
Ölkə: Azərbaycan
Rejissor: Cəfər Axundzadə, Vüqar İslamzadə
Rollarda: Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Fərda Amin, Əlixan Rəcəbov, Aqil M. Quliyev, Kamran Ağabalayev, Rövşən Məmmədli, Elcan Rəsulov, Məcid Hüseynov, Vüsal Hacı Qədir, Samir Qulamov, Oqtay Əliyev, Əbdül Mahmudov, Kənan MM, Ceyhun Zeynalov (Cin), Faiq Ağayev, Kamran Həsənli, Oksana Rəsulova, Dilarə Kazımova
Müddət: 135 dəqiqə
Janr: Macəra, Komediya
Yaş həddi: 14+
Kinoda: 21.12.2017 - 28.03.2018
7-9 AZN
(012) 499 89 88