İranlı turistlər bu ay Lənkərana axın edib

İranlı turistlər bu ay Lənkərana axın edib
Xəbərlər 26 Mart 2018 15:03 1215
İranlı turistlər bu ay Lənkərana axın edib

Mart ayı Lənkəran turizmi üçün qaynar keçib. Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun Səyyah.az Turizm və İnformasiya Portalına verdiyi məlumata görə rayona mart  ayı ərzində ən çox turist axını İran İslam Respublikasından olub: “Xüsusi ilə bayram günlərində turist sayı çox oldu. Bu keçən illə müqaisədə 15-20 % artım deməkdir. Bu il əvvəlki illərdən frqli olaraq əksər turizm obyektlərində turistlər üçün  müxtəlif əyləncəli proqramlar, konsertlər və şoular təşkil olundu. Xüsusi ilə Palmalife oteli, Xəzər palace oteli, Qafqaz Sahil otelini qeyd etməliyik. Lənkəran TİM tərəfindən turistlər üçün sərgilər təşkil olunub. Xarici turistlərdən ən çox İrandan olan turistlər çoxluq təşkil edib”.

OXŞAR XƏBƏRLƏR