Gürcüstanlılar Avropaya axışır - VİZA TƏLƏB OLUNMUR

Gürcüstanlılar Avropaya axışır - VİZA TƏLƏB OLUNMUR
Xəbərlər 27 Mart 2018 12:01 717
Gürcüstanlılar Avropaya axışır - VİZA TƏLƏB OLUNMUR

“Bir il ərzində 250 mindən çox Gürcüstan vətəndaşı Şengen zonası ölkələrinə vizasız səfər edib”.
 

Səyyah.az turizm portalı xəbər verir ki, apa-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili deyib. O bildirib ki, Aİ ilə viza rejiminin liberallaşdırılması siyasi əhəmiyyətə malik böyük nailiyyətdir: “Bu nailiyyətin qorunub saxlanılması çox vacibdir”.
 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də hökumətin iclasında Avropa İttifaqı ilə viza rejiminin aradan qaldırılmasını böyük siyasi addım adlandırıb: “Viza rejiminin liberallaşdırılması yalnız vizasız səfər etmək deyil. Bu, Avropa İttifaqının Gürcüstana böyük etibarının göstəricisidir”. 

Qeyd edək ki, sabah Gürcüstan və Aİ arasında vizasız rejimin qüvvəyə minməsinin bir ili tamam olur.

OXŞAR XƏBƏRLƏR