Bakının mərkəzində yerləşən otellərdən birində oğurluq olub

Faktla bağlı araşdırmalar aparılır
Xəbərlər 28 Dekabr 2014 00:00 1640
Bakının mərkəzində yerləşən otellərdən birində oğurluq olub

Seyyah.az lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına müraciət edən Rusiya Federasiyası vətəndaşı Vladimir Keçkov bildirib ki, Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən "Fairmoint" otelində xeyli miqdarda pulu oğurlanıb. Bakıya turist kimi gəldiyini və oktyabrın 11-dən Azərbaycanda olduğunu bildirən şikayətçi əlavə edib ki, otel nömrəsindən stolun üstündən 200 dollar və 20 min rublu götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR