Bakıda itkin düşən ərəb tapılıb

Bakıda itkin düşən ərəb tapılıb
Xəbərlər 28 Mart 2018 10:36 565
Bakıda itkin düşən ərəb tapılıb

 

Bakıda itkin düşmüş Birləşmiş Ərəb Əmirliklərindən olan turist tapılıb.

 Səyyah.az turizm portalı xəbər verir ki, martın 27-də, saat 05:20 radələrində daun sindromlu, 17 yaşlı Sultan Abdullah itkin düşüb.

27 mart axşam radələrində isə o, öz həmvətəni tərəfindən restoranlardan birində tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, onun yaddaş problemi olduğundan geri qayıtmaqda çətinlik çəkməsi bu hadisəyə səbəb olub. 

Xatırladaq ki,  martın 27-də, saat 05:20 radələrində daun sindromlu, 17 yaşlı turist Sultan Abdullah Alqaseer paytaxta yerləşən “Winter Park” hotelindən çıxıb, bir daha geri qayıtmayıb.

OXŞAR XƏBƏRLƏR