259 hoteldə yoxlama aparılıb

Monitorinqlərin 2015-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.
Xəbərlər 28 Dekabr 2014 00:00 1209
259 hoteldə yoxlama aparılıb

Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətləri və hotellərdə xidmət səviyyəsinin, maddi-texniki bazanın yoxlanılması və problemlərin aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər aparır. Seyyah.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, 2014-cü ildə Bakı şəhərində fəaliyyət göstərən 211 turizm şirkətində və 128 mehmanxanada, həmçinin respublikamızın regionlarında fəaliyyət göstərən 131 mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlər keçirilib. Monitorinqlər zamanı mehmanxanalarda təhlükəsizlik, infrastruktur, mətbəx və restoran bölməsi, işçilərin peşə hazırlığı və digər sahələr yoxlanılıb.
Turizm şirkətlərində isə şirkət tərəfindən bağlanan müqavilələr, işçilərin bilik bacarıqları və iş təcrübələri, göstərdikləri xidmətlər yoxlanılıb.
Monitorinqlər zamanı nazirliyin əməkdaşları tərəfindən turizm şirkətləri və mehmanxanalara xidmətin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyələr verilib, ciddi nöqsan aşkar edilmiş obyektlərə qarşı mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edilib.
Monitorinqlərin 2015-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR