“2018-ci ildə Gürcüstana səfər edəcək əcnəbi ziyarətçilərin sayının 8 milyon nəfərdən çox olacağına əminəm”.
Səyyah.az turizm portalı xəbər verir ki, fins.az-ın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin Milli Turizm Administrasiyasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib. Baş nazir bildirib ki, turizm sahəsi Gürcüstan iqtisadiyyatının əsas lokomotivinə çevrilib: “2017-ci ilin məlumatına əsasən, ölkəyə 7 milyondan çox əcnəbi səfər edib və turizmdən əldə olunan gəlir 2 milyard 700 milyon dollar təşkil edib”. G.Kvirikaşvili qeyd edib ki, hökumət turizm sahəsinin inkişafı istiqamətində səylərini davam etdirəcək və mövcud pozitiv trend gələcəkdə də qorunub saxlanacaq. Qeyd edək ki, ötən il Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı baxımından (1 694 998 nəfər) 2-ci yeri tutub.