Azərbaycanlı turistlərin dincəlmək üçün seçdikləri ölkələrdən biri də qonşu Gürcüstandır. Bu ölkəyə səfər edənlər üçün Tiflisdə sərfəli qiymətə fəaliyyət göstərən hostellərin siyahısını hazırladıq. Məlumatlara əlavə etdiyimiz rəylər isə hostellərdə gecələyən azərbaycanlıların münasibətidir. Təhrifə yol verməmək üçün rəylər redaktə edilməyib.
Qeyd edək ki, qiymətlər yerli pul vahidi ilə göstərilib. Məlumat üçün deyək ki, 1 lari təqribən 0.70 AZN dəyərindədir.
İstifadəçi rəyi: “Tiflisdə ucuz hostel axtaranlar üçün. Şəhərin düz Old Tiblisi hissəsində gecəsi 20 gel. Sahibəsi də Azərbaycanlıları yaman çox istəyir sağolsun çox şeydə kömək oldu”.
İstifadəçi rəyi: “ Old Tbilisi də Friend hostel də yeni il ərəfələrin də belə 10 lariyə qalmışıq. Belə şəhərin mərkəzin də Rustavelli tərəflər də 10,15 lariyə rahat hostellər tapmaq mümkündür”.
İstifadəçi rəyi: “Bu hostelin şəraiti yaxşıdır, qiymətlər də Tiflis üçün normal qiymət sayılır. 4 avro bizim pulla təxminən 8 manat edir”.
İstifadəçi rəyi: “Bu hosteldə qalmışam, Rustaveli prospektde Parlament binasını kecen kimi görünür. Razı qaldım”.
İstifadəçi rəyi: “Bu hosteli işlədənlərdən biri də azərbaycanlı qardaşdır”.