Azərbaycana gələn iranlı turistlərin sayı azalıb, Türkiyəyə gedənlər artıb

Azərbaycana gələn iranlı turistlərin sayı azalıb, Türkiyəyə gedənlər artıb
Xəbərlər 30 Mart 2018 13:00 580
Azərbaycana gələn iranlı turistlərin sayı azalıb, Türkiyəyə gedənlər artıb

 

Türkiyə bu ilin ilk iki ayında 3 milyon nəfər turist qəbul edib. 

Səyyah.az turizm portalı ölkənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Türkiyəyə üz tutan turistlərin sayında 35 faiz artım baş verib. 

Yanvar-fevral aylarında Türkiyəni, əsasən, iranlılar ziyarət edib. İranlı turistlərin sayı 11,73 faiz artıb. Hesabat dövründə Türkiyəyə 350 min 421 iranlı turist giriş edib. 

Gürcülər də Türkiyəyə üz tutan turistlərin siyahısında əhəmiyyətli paya malik olublar. Gürcü turistlərin səfərləri 10,29 faiz artıb. Üçüncü sırada Bolqarıstan (7,4), dördüncü sırada Almaniya (6,8%), beşinci sırada Rusiya Federasiyası (4,49 %) qərarlaşıb.

Xarici turistlərin ən çox ziyarət etdiyi şəhər İstanbul olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 56,21 faiz artıb. Şəhərə 1 milyon 679 min 817 nəfər səfər edib.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13,0 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 

İrandan gələnlərin sayında 5,3 faiz azalma müşahidə edilib.@Oxu.Az 

OXŞAR XƏBƏRLƏR