Gürcüstana gedən turistlərin sayına görə ikinci yerdəyik

Bu ölkəyə gələnlərin çoxu Türkiyə vətəndaşları olub
Xəbərlər 2 Yanvar 2015 00:00 1105
Gürcüstana gedən turistlərin sayına görə ikinci yerdəyik

Azərbaycan vətəndaşları Gürcüstana gedən turistlərin sayına görə ikinci yeri tutur. Seyyah.az AzərTAc-a istinadən xəbər verir ki, 2014-cü ilin əvvəlindən Gürcüstana 1 milyon 566 min 646 turist gəlib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 12 faiz çoxdur.

2014-cü ilin yanvar-avqust aylarının göstəricilərinə görə, Gürcüstanın dövlət sərhədindən 3 milyon 685 min 834 əcnəbi vətəndaş keçib. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 3 faiz çoxdur. 698 min 284 nəfər əcnəbi Gürcüstandan tranzitlə keçib.

Gürcüstana gələnlərin çoxu Türkiyə vətəndaşları olub. Bu siyahıda ikinci yeri Azərbaycan vətəndaşları tutur. Daha sonra Rusiyanın, Avropa İttifaqı ölkələrinin və digər dövlətlərin vətəndaşları gəlir.

OXŞAR XƏBƏRLƏR