Krasnoyarskdan Bakıya reyslərin sayı artırılacaq

Krasnoyarskdan Bakıya reyslərin sayı artırılacaq
Xəbərlər 31 Mart 2018 12:20 516
Krasnoyarskdan Bakıya reyslərin sayı artırılacaq

Krasnoyarsk beynəlxalq hava limanından Bakıya sərnişin reyslərinin sayı yayda həftədə iki dəfəyədək artırılacaq.

Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları "İrAero" aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə "Nordwind Airlines" aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq. Bildirilir ki, "İrAero" uçuşları yay uçuş cədvəli başa çatanadək, oktyabrın 27-dək hər həftənin şənbə günləri həyata keçirəcək. "Nordwind Airlines" şirkəti isə iyulun 18-dən oktyabrın 24-dək hər həftənin çərşənbə günləri uçuşlar həyata keçirəcək.

© Trend

OXŞAR XƏBƏRLƏR