Tiflisdə ucuz hostellər – SİYAHI, QİYMƏTLƏR

Tiflisdə ucuz hostellər – SİYAHI, QİYMƏTLƏR
Xəbərlər 1 Aprel 2018 15:03 5336
Tiflisdə ucuz hostellər – SİYAHI, QİYMƏTLƏR

Azərbaycanlı turistlərin dincəlmək üçün seçdikləri ölkələrdən biri də qonşu Gürcüstandır. Seyyah.az turizm portal bu ölkəyə səfər edənlər üçün Tiflisdə sərfəli qiymətə fəaliyyət göstərən hostellərin siyahısını hazırlayıb. Məlumatlara əlavə etdiyimiz rəylər isə hostellərdə gecələyən azərbaycanlıların sosial şəbəkələrdə açıqladığı münasibətidir. Təhrifə yol verməmək üçün rəylər redaktə edilməyib.

 

Qeyd edək ki, qiymətlər yerli pul vahidi ilə göstərilib. Məlumat üçün deyək ki, 1 lari təqribən 0.70 AZN dəyərindədir.

 

Riqa Hostel  - gecəsi 20 lari 

Riqa Hostel  şəhərin Old Tiblisi adlanan ərazisində  yerləşir. İstifadəçi rəyi: “Tiflisdə ucuz hostel axtaranlar üçün. Şəhərin düz Old Tiblisi hissəsində gecəsi 20 gel. Sahibəsi də Azərbaycanlıları yaman çox istəyir, sağolsun çox şeydə kömək oldu”.

 

Friend Hostel - 10 lari

Yenə də Old Tbilisi adlanan ərazidə növbəti hostel. İstifadəçi rəyi: “ Old Tbilisi də Friend hostel də yeni il ərəfələrin də belə 10 lariyə qalmışıq. Belə şəhərin mərkəzin də Rustavelli tərəflər də 10,15 lariyə rahat hostellər tapmaq mümkündür”.

 

BHM Hostel – gecəsi 4 AVRO

BHM Hostel Tbilisinin mərkəzi prospekti sayılan Rustavelli küçəsində yerləşir. İstifadəçi rəyi: “Bu hostelin şəraiti yaxşıdır, qiymətlər də Tiflis üçün normal qiymət sayılır. 4 avro bizim pulla təxminən 8 manat edir”.

 

Rooms Hostel – 13 lari

Rustavellidə növbəti hostel. İstifadəçi rəyi: “Bu hosteldə qalmışam, Rustaveli prospektde Parlament binasını kecen kimi görünür. Razı qaldım”.

 

Sfinks hostel - 10 lari

Rustaveli prospektindəki bu hosteli digərlərindən fərqləndirən cəhət sahibinin azərbaycanlı olmasıdır. İstifadəçi rəyi: “Bu hosteli işlədənlərdən biri də azərbaycanlı qardaşdır”.

 

Digər hostellər

 

Marjinashvili  - Nevski Hostel – gecəsi 12-16 lari

 

Marjinashvili   - Guest house – gecəsi 12-16 lari

 

Metro Rustaveliyə 2 dəq məsafədə - My Hostel – 9 lari

 

Galaktion Tabidze küçəsi - Sguirrel Hostel – 13 lari (6-8 nəfərlik otaq),  20 lari (təkadamlıq otaq)

OXŞAR XƏBƏRLƏR