Şahdağda qışın ən ekstramal yarışı keçiriləcək- "JAGUAR Snow Bowling"

Xəbərlər 2 Yanvar 2015 00:00 1479
Şahdağda qışın ən ekstramal yarışı keçiriləcək- "JAGUAR Snow Bowling"
Yanvarın 24-də Şahdağ Qış-Yay Turizm Kompleksində "JAGUAR Snow Bowling" yarışı keçiriləcək. Seyyah.az layihə SaySome Production və JAGUAR Energy Drink tərəfindən Şahdağ Qış İstirahət Kompleksinin dəstəyi ilə təqdim olunur.

Qışın ən ekstramal və maraqlı yarışı komandalar arasında baş tutacaq: "Sizə komanda, sürətli ayaqlar və bol pozitiv lazım olacaq. İştirakçılardan biri ikikamerli böyük bir hava şarının içərisinə daxil olur, hansı ki, çox böyük sürətlə hündürdən aşağıda düzülmüş 3 metrlik nəhəng keqliləri dağıtmaq üçün dağdan aşağı atılacaq. Bəs şarı həmin yola gətirən ikinci iştirakçı nə edəcək?! O, bütün gücü ilə şarın qabağında qaçacaq ki, altında qalmasın". 


Qeydiyyat üçün lazım olanlar:
- 2 nəfərdən ibarət komanda
1-ci iştirakçı hansı ki, şarın içinda olacaq – yüngül çəkili (qız olması arzuolunandır)
2-ci iştirakçı hansı ki, şarı yoxuşa gətirəcək və qarşısında qaçacaq – MÜTLƏQ məzəli kostyumla (kreativ olmağa çalışın)
- Çıxışında istifadə edəcəyi musiqini seçmək
- Aşağıdakı linkdə qeydiyyatdan keçmək (10 Yanvara qədər)
http://goo.gl/UaFufj

* İştirakçılara müəyyən səhnəcik göstərmək üçün imkan veriləcək, bu barədə düşünməyiniz məsləhətdir, sizə əlavə ballar qazanmağa şans yaradacaq
* İştirakçılar qeydiyyatdan keçdikdə avtomatik olaraq məlumatları qeydə alınacaq və sonradan onlarla əlaqə saxlanılıb ideya ilə bağlı görüş keçiriləcək. Yalnız maraqlı konsepsiya və kostyum sahibləri iştirak hüququ qazanacaq
*İştirakçılar üçün bütün xərclər (avtobus, yemək və s.) təşkilatçılar tərəfindən qarşılanacaq.
* Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
Münsiflər heyəti aşağdakı kriteriyalara görə çıxışları qiymətləndirəcək:
Konseptin kreativliyi, (Ad, kostyumlar, çıxış və s.)
Çıxış texnikası (Aşırdılmış keqlilər, Qaçanın sürəti və top altına düşməsi və s.) 
Tamaşaçıların simpatiyası!

Qeydiyyat üçün bu nömrələrə zəng etmək olar:

Seymur Nuriyev: (+994)51-806-86-89
Orxan Hacılı: (+994)55-590-27-54

OXŞAR XƏBƏRLƏR