"Türk Hava Yolları" baqajın daşınmasında yenilik edib

"Türk Hava Yolları" baqajın daşınmasında yenilik edib
Xəbərlər 2 Aprel 2018 15:18 644
"Türk Hava Yolları" baqajın daşınmasında yenilik edib

"Türk Hava Yolları"nın təyyarələrinin baqaj yerində daşınan yüklərə daha “Kövrək” (Fragile) etiketi vurulmur. 

Səyyah.az turizm portalının xəbərinə görə bunu “Report”a açıqlamasında aviaşirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

Onun sözlərinə görə, artıq sına biləcək əşyalar baqaja qoyulmur: "Əgər sərnişin baqajda sına biləcək əşyanın olduğunu bəyan etsə, bu zaman həmin əşya baqaja yerləşdirilmir. Bu tipli  əşyalar təyyarədə əldə aparılacaq. Baqajda paketlənməli əşyaların təhvil-təslim yeri var. Əşyaları həmin yerdən alırıq. Çox dəyərli sına biləcək əşyaları isə karqo ilə göndərə bilərik”.

OXŞAR XƏBƏRLƏR