Bakıdan Naxçıvana dəmir yolu xətti açıqlacaq

Bakıdan Naxçıvana dəmir yolu xətti açıqlacaq
Xəbərlər 3 Aprel 2018 10:51 462
Bakıdan Naxçıvana dəmir yolu xətti açıqlacaq

Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq.

Səyyah.az turizm portalı APA-ya istinadən xəbər verir ki, bunu  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib.  Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bununla bağlı İran İslam prezidenti Həsən Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub.
 
C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacağını nəzərə çatdırıb. 

OXŞAR XƏBƏRLƏR