“Rixos” Telman İsmayılovun hotelini almaq istəyir

“Rixos” Telman İsmayılovun hotelini almaq istəyir
Xəbərlər 3 Aprel 2018 15:09 454
“Rixos” Telman İsmayılovun hotelini almaq istəyir

 

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində açdığı “Mardan Palace Hotel”ə müştəri tapılıb.

FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, külli miqdarda borc səbəbindən “Halkbank” tərəfindən həbs qoyulan bu hotelin “Rixos” hotellər qrupuna satılacağı bildirilir.

Məlumata görə, tikintisinə 1,4 milyard dollar xərclənən və dünyanın ən lüks hoteli seçilən “Mardan Palace Hotel”i bir neçə gün sonra yeni sahibinin xidmətinə keçəcək.
 

“Rixos”un idarə heyətinin sədri Fəttah Tamincə bildirib ki, hazırda görüşmələr davam edir:

“1-2 məsələni dəqiqləşdirməyə çalışırıq. Bir neçə gün sonra nəticəni ictimaiyyətə elan edəcəyik”

OXŞAR XƏBƏRLƏR