Moskvadakı güclü külək AZAL-ın reyslərinə təsir etməyib

Moskvadakı güclü külək AZAL-ın reyslərinə təsir etməyib
Xəbərlər 3 Aprel 2018 17:04 471
Moskvadakı güclü külək AZAL-ın reyslərinə təsir etməyib

 

Moskvada güclü külək 30 yaxın aviareysin gecikməsinə səbəb olub.

Səyyah.az turizm portalının məlumatına görə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Oxu.Az-a bildirib ki, külək AZAL reyslərinin təqviminə təsir etməyib.

Rusiya KİV-in məlumatına əsasən, Domodedovo hava limanında 13, Şeremetyevo aeroportunda isə üç reys ləğv edilib. Vnukovo hava limanında 14 reys ləğv olunub, ikisi isə təxirə salınıb.

OXŞAR XƏBƏRLƏR